Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə respublikanın müxtəlif bölgələrində, o cümlədən ucqar yaşayış məntəqələrində çalışan müəllimlərlə silsilə görüşlər keçirir.
Bu çərçivədə ETİHİ Respublika Komitəsinin məsul əməkdaşları , Lənkəran şəhər Komitə sədri, Lənkəran Təhsil Sektorunun əməkdaşları rayonun bir neçə məktəbində müəllimlərlə görüşərək rəhbərliyin bayram təbriklərini çatdırıb, təhsilin inkişafında, gənc nəslin formalaşmasında və cəmiyyətin tərəqqisində onların mühüm rolunu vurğulayıblar.
Müəllim əməyinə ehtiram – gələcəyə, biliyə və inkişafa verilən dəyərdir!
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində görüş keçirilib.

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində görüş keçirilib.
Sentyabrın 25-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi ilə Lənkəran–Astara Regional Təhsil İdarəsinin xidmətində olan təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri, ilk təşkilat və rayon komitələrinin sədrləri arasında görüş keçirilib.
Tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, rayon komitələrinin sədrləri və Respublika Komitəsinin məsul əməkdaşları qatılıblar.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
Lənkəranda təhsil işçilərinin konfransı keçirilib.

Lənkəranda təhsil işçilərinin konfransı keçirilib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Heydər Əliyev mərkəzində keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı üğrunda
şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin bir qrup müəllimləri Narban Təhsil İstirahət Mərkəzində istirahətdə olublar.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin bir qrup müəllimləri Narban Təhsil İstirahət Mərkəzində istirahətdə olublar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin bir qrup müəllimləri Narban Təhsil İstirahət Mərkəzində istirahətdə olublar.
Bu gözəl şərait və diqqət üçün Həmkarlar İttifaqının rəhbərliyinə və əməyi keçən hər kəsə İttifaq üzvləri adından dərin təşəkkürümüzü bildiririk.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gülqoyma mərasimi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gülqoyma mərasimi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Rayon Komitəsinin təşkilatçılığı ilə gülqoyma mərasimi keçirilmişdir. Mərasimdə Lənkəran-Astara Regional Təhsil idarəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də təhsil müəssisələrində çalışan işçilər iştirak etmişlər. İştirakçılar xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad etmişlər. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkəmizin inkişafı istiqamətindəki misilsiz xidmətləri bir daha minnətdarlıqla xatırlanmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycan xalqının tərəqqi yolunda mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün örnək olaraq qalır.
Lənkəran şəhəri və Masallı rayonundan olan ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün istirahət təşkil olunub.

Lənkəran şəhəri və Masallı rayonundan olan ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün istirahət təşkil olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən cari ilin yanvar ayından etibarən həyata keçirilən sosial layihə çərçivəsində növbəti görüş Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində keçirili
Həftəsonları təşkil olunan layihənin əsas məqsədi ittifaq üzvlərinin sağlamlığının qorunması, onların asudə vaxtlarının daha səmərəli təşkili və sosial rifahının yüksəldilməsidir. Bu çərçivədə Lənkəran şəhəri və Masallı rayonundan olan 40-a yaxın ilk həmkarlar ittifaqı təşkilatının sədri Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində olublar.
Layihə çərçivəsində cənub bölgəsindən gələn təşkilat sədrləri ilə görüş də təşkil olunub.
Görüşdə ETİHİ Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev və məsul əməkdaşlar iştirak ediblər. Tədbir zamanı geniş fikir mübadiləsi aparılıb, təşkilat sədrlərinin rəy və təklifləri dinlənilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsi 31 Mart-Azərbaycanlıların Soyqırımı Günün 108-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının əziz xatirəsi yad edilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsi 31 Mart-Azərbaycanlıların Soyqırımı Günün 108-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının əziz xatirəsi yad edilmişdir
31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunmuş, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətlər heç vaxt unudulmur və unudulmayacaqdır.
#31Mart #AzərbaycanlılarınSoyqırımı #UnutmadıqUnutmayacağıq
https://www.facebook.com/profile.php?id=61583787998936&__cft__[0]=AZbpTQbPPgNJ5rPrsn5K5_0tHvMgH3rZjcxhj1-3UlOjnlaUw_9gLaO8CctgTycFiNQYfCILePBh9tq37FhgDuoObrPxymQ4OtQ-nq3YAYYKBuNo5VMDp-XtSSISY-8L6hwuF1J11AzyZoK_cbU8RVovPg4w6E3ETkUcs542776EhRTEoX5w9Ojj4_GvjwJA-iNn9Z3QSwCl-cluV6eb5nBQ&__tn__=-UC%2CP-R
ETİHİ Lənkəran Şəhər Komitəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirdi.

ETİHİ Lənkəran Şəhər Komitəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirdi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birlikdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış edərək xanım əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onların təhsilin inkişafında və gənc nəslin tərbiyəsində mühüm rol oynadıqlarını vurğulayıb.
Sonda əlamətdar günlə əlaqədar sənədli film izlənilib, xanım əməkdaşlara çiçək və hədiyyələr təqdim olunub.
Lənkəranda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib.

Lənkəranda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib.
Soyqırımının 34-cü ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivi Lənkəran şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə qərənfillər düzüblər.
Sonra anım tədbirində Xocalı faciəsi qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım tədbirində çıxış edən İdarənin müdir müavini Rəhim Rəhimov Xocalı soyqırımının təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, soyqırıma hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü ilə verilib, faciəyə dövlət səviyyəsində obyektiv və prinsipial münasibət formalaşdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Vətən müharibəsində Tarixi Zəfər qazanılıb, şəhidlərimizin qisası döyüş meydanında alınıb.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət
https://www.facebook.com/profile.php?id=61583787998936&__cft__[0]=AZbJ21pLrafzbw67egzBbE3Gd-IohYhbTsyGLy_Muk0vMbsr8oKkrbETHshxJlpRXPzzg7YlR4tZkaV4AYZKFy2gIgCs1CBZOKw9H5V_4bk3Q_061-Krp_XmRmg-ZVCV9YECXebfIb04COeB9poGrS4VijAFPUfVWftgVAycHZ2ykNvOzIb5pooZttifyYJNLl_dGRdQywsFD2iQYXM9hAeO&__tn__=-UC%2CP-R


